azia.az
azia.az

Şuşanın polis rəisi qəzaya düşdü, iki nəfər öldü - ŞOK VİDEO

14-03-2022, 15:56


Füzuli şəhəri ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.
 Şuşanın polis rəisi qəzaya düşdü, iki nəfər öldü - ŞOK VİDEO
Azia.az xəbər verir ki, DİN Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, martın 13-də saat 14 radələrində Füzuli şəhəri ərazisində Novruz Orucovun idarə etdiyi “Mercedes” və İ.Hümbətovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə N.Orucov və sərnişini Təvəkkül Əliyev hadisə yerində ölüb, digər sürücü və 3 sərnişini xəstəxanasına yerləşdiriliblər.

Füzuli RPŞ-də araşdırma aparılır.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qəzaya düşən “Mercedes”lərdən birini idarə edən şəxs İlqar Hümbətov olub. O, Şuşa rayon yol polisinin rəisidir. Mayor rütbəli Hümbətov da qəzada xəsarət alaraq xəstəxanaya yerləşdirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi