azia.az
azia.az

Yol polisinin düşdüyü dəhşətli qəza ilə bağlı RƏSMİ MƏLUMAT

28-04-2017, 15:11

Yol polisinin düşdüyü dəhşətli qəza ilə bağlı RƏSMİ MƏLUMAT

Daxili İşlər Nazirliyi Salyan rayonunda törədilmiş dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb.
Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, aprelin 27-də saat 12 radələrində Salyan rayonunun Yenikənd kəndində Astara rayon sakini Azad Axundovun idarə etdiyi "Mercedes" və Natiq Məmmədyarovun idarə etdiyi "BMW" markalı avtomobillər toqquşub. Nəticədə A.Axundov və sərnişinlərindən Bakı şəhər sakini Emil Mahmudov hadisə yerində ölüb, digər 3 sərnişini, habelə N.Məmmədyarov və 1 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, qəzaya düşən “BMW” yol polisinə məxsus olub və 2 polis əməkdaşı yaralanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi