azia.az
azia.az

Cəlilabad və Qubada yol-nəqliyyat hadisəsi canlar aldı

9-02-2016, 18:05

Cəlilabad və Qubada yol-nəqliyyat hadisəsi canlar aldı Cəlilabad ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, fevralın 9-da saat 01 radələrində Cəlilabad şəhərində Masallı rayon sakini Xəyal Abıyev idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı ağaca vurub. X.Abıyev hadisə yerində ölüb, sərnişini isə xəstəxanaya yerləşdirilib.
BDYPİ tərəfindən araşdırma aparılır.
Daha bir yol-nəqliyyat hadisəsi fevralın 8-də saat 08 radələrində Quba rayonunda baş verib.
Nügədi Qazmalar kəndində, Sumqayıt şəhər sakini Arzuman Ağayev idarə etdiyi “Ford” markalı avtomobili aşırıb. Nəticədə A.Ağayevin sərnişini, qardaşı Anar hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.
BDYPİ tərəfindən araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi