Kəlbəcər Təhsil Şöbəsində baş verənlərdən Rayon İcra Hakimiyyətinin Başçısı Azər Qocayevin xəbəri varmı?
Kəlbəcər Rayon Təhsil Şöbəsi hansı Ölkənin tabelyində işləyir???
Redaksiyamıza daxil olan məlumata görə, bütün ölkə üzrə büdcədən maliyyələşən qurumların əmək haqqı tam şəkildə ödənilib. Ancaq Kəlbəcər rayonunda təhsil işçiləri, konkret desək müəllimlər hələ bu günə kimi noyabr ayının maaşını almayıblar. Səbəbi isə bilinmir.
Bizə Bakıdakı, Gəncədəki, Goranboydakı və Bərdədəki məktəblərdən müraciət edən, amma adının çəkilməsini istəməyən müəllimlər deyir ki, savadsız və bacaraqısız bir adamı gətirib qoyublar təhsilin başına. Fazil müəllim əvvəlki müidrlərin hamsının atasına rəhmət oxudub. Biz müəllimlərin əksəriyyətinin dolanışıq yeri məkdəbdən aldığı maaşdır. Pandemiyanın bu ağır vaxtında bu cür biganə və özbaşına hərəkətə isə "dur" deyən yoxdur. Görəsən Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayevin bunlardan xəbəri varmı? Ümumiyyətlə İcra Başçısının biznesmen Fazil müəllimin nə işlə məşğul olmasından, hansı əməllərə qulluq etməsindən xəbəri varmı? Təhsil şöbəsinin mühasibatlığı müəllimləri niyə zəlil gününə salıb??? Digər bölgələrdən TŞ-nə gedən müəllimlər günlərlə orada qalmağa məcbur olur. Baş mühasib İlhamə xanım isə Fazil müəllimə arxalanaraq müəllimləri incitməkdən həzz alır. Haqqını tələb edənləri isə qorxu altında saxlayan İlhamə xanım onları Fazil müəllimin xofu altında saxlayır. Əlbəttə, indiki dövrdə bir müəllimin işdən çıxarılması çox çətin bir prosesdir. Elə bu da müəllimləri haqq səsini qaldırmağa maneçilik törədir.
Əminik ki, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev və Təhsil Nazirliyi bu haqda ciddi araşdırma apararaq ölçü götürəcək.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq