azia.az
azia.az

AMEA-nın Polimer Materialları İnstitutunda Sumqayıt Dövlət Texniki Kollecinin tələbələri təcrübə keçirlər

10-03-2022, 22:53

AMEA-nın Polimer Materialları İnstitutunda  Sumqayıt Dövlət Texniki Kollecinin tələbələri təcrübə keçirlər
Sumqayıt Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecinin “Kimyəvi birləşmələrin keyfiyyətinə analitik nəzarət” ixtisası üzrə təhsil alan 562q-18, 562-9-18 və 562-19 saylı qruplarının tələbələri Polimer Materialları İnstitutunun “Fiziki-kimyəvi analiz” və “Polimer materiallarının fiziki-mexaniki tədqiqatları” şöbələrində təcrübə keçməyə başlayıblar. Tələbələr təcrübəyə başlamazdan əvvəl təhlükəsizlik texnikası qaydaları ilə təlimatlandırılaraq təhlükəsiz iş şəraitinin təmin edilməsi üçün görülən işlər haqqında məlumat alıblar. Tələbələrin təcrübə müddəti 07 iyun 2022-ci ildə yekunlaşacaq.
Təcrübə prosesində 3 qrup şəklində bölünən 45 tələbəyə institutun laboratoriya və şöbələrində istifadə olunan cihaz və avadanlıqların iş prinsipləri, onların təyinatı haqqında məlumatlar verilir, aparılan elmi tədqiqatlara uyğun tərcübələr nümayiş etdirilir. Onlara təhsil müddətində əldə etdikləri bilikləri elmi tədqiqatlarla əlaqələndirmək və peşə fəaliyyəti üçün zəruri olan praktiki vərdişləri formalaşdırılmaq şəraiti yaradılır.


AMEA-nın Polimer Materialları İnstitutunda  Sumqayıt Dövlət Texniki Kollecinin tələbələri təcrübə keçirlər
AMEA-nın Polimer Materialları İnstitutunda  Sumqayıt Dövlət Texniki Kollecinin tələbələri təcrübə keçirlər


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi