AMEA-nın Polimer Materialları İnstitutunda doktorluq imtahanı keçirilib
AMEA-nın Polimer Materialları İnstitutunda doktorluq imtahanı keçirilib
14 dekabr 2021-ci il tarixində AMEA-nın Polimer Materialları İnstitutunda 2304.01 -“Makromolekullar kimyası” və 2318.01- “Kompozit materialların kimyası və texnologiyası” ixtisas fənlərindən fəlsəfə doktorluğu hazırlığı üzrə imtahan keçirilib. AMEA prezidentinin “Qış imtahan sessiyasının keçirilməsi haqqında” 1 dekabr 2021-ci il tarixli 555 saylı sərəncamına əsasən institutun baş direktoru AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Bəxtiyar Məmmədovun müvafiq əmri ilə doktorluq imtahanının keçirilməsi məqsədi ilə imtahan komissiyası yaradılıb. İmtahanda AMEA Rəyasət Heyəti aparatının Təhsil şöbəsinin baş mütəxəssisi Səbinə Şıxqayıbova da iştirak edib.
İnstitutun dissertantı Aynurə Həsənova və AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun sabiq dissertantı Mirvari Həsənova bilet üsulu ilə imtahan veriblər. Nəticələr imtahan bitdikdən sonra komissiya tərəfindən elan olunub. İmtahan pandemiya şəraitinin tələblərinə riayət etməklə baş tutub.