Həbsxana qadınları arasında gözəllik yarışması-fotolar
Qadın məhbuslar arasında gözəllik müsabiqəsi keçirilib. Femida.az xəbər verir ki, bu müsabiqədə 13 qadın məhbus iştirak edib. Müsabiqənin məqsədi qadın məhbusların özünə inamını bərpa etmək olub. Məhbuslar podiumda yeriyərkən izləyici kimi qatılan ailələri də onlara dəstək verib. 13 qadın “Miss Talavera Bruce” adını qazanmaq üçün mübarizə aparıblar. Məhkumlar çimərlik və ziyafət geyimlərində tamaşaçılar qarşısına çıxıblar. Gözəllik yarışının qalibi isə həbsxana nəzarətçisi və bir hakim tərəfindən təyin olunub. Qeyd edək ki, qadın məhbuslar arasında adlı gözəllik müsabiqəsi keçirilməsi Braziliyanın Rio-de-Janeyro şəhərində yerləşən “Talavera Bruce” həbsxanasında baş tutduğu bildirilir.