azia.az
azia.az

Göygöldə sakinlər NƏDƏN NARAZIDIR? - Nazirlik HARA BAXIR?

25-02-2022, 16:07

Göygöldə sakinlər NƏDƏN NARAZIDIR? - Nazirlik HARA BAXIR?
Köşkü kəndi Göygöl rayonunda öz gözəlliyi ilə seçilən səfalı və qədim tarixə malik kəndlərindən biridir. Hələ sovetlər birliyi dönəmindən bu kəndə respublikanın hər yanından dincəlmək üçün axın edərdilər.
Ancaq indi bu kəndin lap mərkəzi hissəsində, insanların evlərinin əhatəsində yaradılmış bir neçə iri toyuq fermaları yerli sakinlərin hüzurunu pozub, kəndi üfunət bürüyüb. İndi nəinki bu kəndə gəlib dincəlmək maraqsızdır, hətta kənddə yaşayanlar da öz evlərini toyuq-cücələrin küyündən, qoxusundan və ətrafa yayılan zərərli qoyub qaçmaq məcburiyyətində qalıblar.
Göygöldə sakinlər NƏDƏN NARAZIDIR? - Nazirlik HARA BAXIR?
Sakinlər dəfələrlə toyuq fermalarının fəaliyyətindən Ekologiya və Təbii Sərvətlər nazirliyinə şikayətlər etsə də, Gəncə şəhərindəki 10 saylı regional ETSN şöbəsi tədbir görməyib. Sakinlər bildirir ki, şöbənin əməkdaşları müraciətlərdən sonra kəndə gəlib fermaların sahibləri ilə görüşüblər, sadəcə təftiş edib və gediblər. Gördükləri tədbir də deyəsən o olub ki, iyin qarşısını almaq üçün sahibkarları təlimatlandırılıblar.
Şikayətçilərdən birinin bildirdiyinə görə, onlıarı narahat edən həm də fermaların kənd məktəbinə yaxın yerdə olmasıdır. Bildirilir ki, toyuq ferması ətrafa naxoş qoxu yayması ilə yanaşı, həm də vərəm çöpləri və digər mikrob səpələyir. Bu da məktəbdə oxuyan şagirdlərin sağlamlığına real təhlükə yaradır.

Toyuq fermaların hər birinin 600-700 kvm-lik böyüklükdə olduğunu, kustar üsullarla çalışdırıldığını bildirən sakinlər fermaların sökülərək yaşayış massivindən kənara köçürülməsini arzu edirlər.

Mövzu ilə əlaqədar kənd bələdiyyəsi və icra nümayəndəliyi ilə əlaqə saxlamaq cəhdlərimiz boşa çıxdı...


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi