azia.az
azia.az

Abşeron xəstəxanaları və istilik enerjisinin “əritdiyi” büdcə vəsaiti

21-02-2022, 17:19


Abşeron Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi istilik enerjisi ilə bağlı satınalma müsabiqəsinə yekun vurub.
Yenixeber.org: Ötən ayın əvvəlində Azərbaycan Respublikası Baş Prokurorluğu “Abşeron Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi (PHŞ) Mehdiabad Ailə Sağlamlıq Mərkəzinin bölmə müdirinə cinayət işi açılması ilə bağlı məlumat yaydı. Məlumatda bildirilirdi ki, bir qrup tibb işçisinin qanunsuz olaraq müxtəlif şəxslərin saxta peyvənd sertifikatı almalarını təmin etmələri ilə əlaqədar həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanan cinayət işinin ibtidai istintaqı tamamlanıb... (Məlumatla bu linkdən tanış ola bilərsiniz: https://www.e-huquq.az/az/news/huquq_muhafize/41648.html)

Abşeron xəstəxanaları və istilik enerjisinin “əritdiyi” büdcə vəsaiti ***

İndi isə yenixeber.org-a Abşeron rayon səhiyyə müəssisələri ilə bağlı korrupsiya qoxulu yeni məlumatlar daxil olub... Məlumatlarda qeyd edilir ki, “Abşeron Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi İstilik enerjisi təminatı ilə bağlı “Xəstəxana İstilik Təchizatı 2014” MMC ilə müqavilə bağlayıb. 19.01.2022-ci il tarixdə start götürən müsabiqəyə 4 gün əvvəl-17.02.2022-ci ildə yekun vurulub.
Abşeron xəstəxanaları və istilik enerjisinin “əritdiyi” büdcə vəsaiti
“Xəstəxana İstilik Təchizatı 2014” MMC “Abşeron Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin sifarişi ilə rayondakı səhiyyə müəssisələrini istilik enerjisi təmin edəcək və qarışılığında 75000 manat alacaq.

Bu əməkdaşlıq barədə məlumatlar dövlət satınalma portalı vasitəsilə ictimaiyyətə açıqlanıb. Amma,... “Abşeron Rayon Mərkəzi Xəstəxanası” Puiblik Hüquqi Şəxsi bu tələbat və satınalmalarda bir mənbədən istifadə edilməsi metodunun səbəbləri barədə məlumat vermir(?)

“Dövlət Satınalmaları Haqqında” qanuna uyğun olaraq tender sorğusu baş tutmadan, tələbat və satınalmada bir mənbədən istifadə edilməsi metodunun səbəbləri, eləcə də görüləcək işlərin həcmi barədə məlumat verilmədən...(?) “Abşeron Rayon Mərkəzi Xəstəxanası” Puiblik Hüquqi Şəxsi “Xəstəxana İstilik Təchizatı 2014” MMC ilə75000 manatlıq müqavilə bağlayıb!

“Abşeron Rayon Mərkəzi Xəstəxanası” Puiblik Hüquqi Şəxsi həm də görüləcək işlərin təfərrüatını açıqlamır(?) Baxmayaraq ki, dövlət qurumu olaraq şəffaflığı təmin etmək, ölkə ictiamiyyətinə dəqiq, dolğun məlumat vermək bu dövlət təşkilatının da vəzifə borclarından biridir... Xüsusi ilə ölkəmizin indiki məlum maliyyə-iqtisadi durumunda bu məsələ dövlət yetkililərinin məsuliyyətini birə beş artırmış olmalıdır.

Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2002-ci il tarixli, 668 saylı Fərmanı ilə qüvvəyə minmiş “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanuna əsasən 5000 manatadək olan satınalmalar müqavilə, 5000-50000 manat arası satınalmalar kotirovka sorğusu metodu, qiyməti 50000 manatdan çox olan işlərin, malların və xidmətlərin satınalınması istisna yoxdursa, açıq tender üsulu ilə həyata keçirilir...


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi