azia.az
azia.az

"Bakı Mühəndislik Universiteti"nin “unutqanlığı"-NONSES

9-12-2021, 14:49

"Bakı Mühəndislik Universiteti"nin “unutqanlığı"-NONSES
“Bakı Mühəndislik Universiteti” Publik Hüquqi Şəxsin elan etdiyi kotirovka müsabiqələrinin qalibləri məlum olub.
Yenixeber.org: Təhsil müəssisəsinin maşın və avadanlıqların alınması ilə bağlı elan etdiyi müsabiqənin qalibi "HHTEHC" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. İkinci lot üzrə- Proqram təminatlarına və məlumat bazarlarına xidmət haqqlarının ödənilməsi üzrə müsabiqənin qalibi isə "SİNAM" Məhdud Məsuliyyətli Cəmiyyət olub. Dünən-08.12.2021-ci il tarixdə start götürən hər iki lot üzrə müsabiqəyə bu gün-09.12.2021-ci ildə yekun vurulub.
"HHTEHC" MMC “Bakı Mühəndislik Universiteti” Publik Hüquqi Şəxsin sifarişi ilə maşın və avadanlıqların alınmasını həyata keçirəcək və qarşılığında 18900 manat alacaq.

"SİNAM" MMC isə “Bakı Mühəndislik Universiteti” Publik Hüquqi Şəxsin sifarişi ilə Proqram təminatlarına və məlumat bazarlarına xidmət haqqlarının ödənilməsini həyata keçirəcək və qarşılığında 17997 manat alacaq.

Hər iki əməkdaşlıq barədə məlumatlar dövlət satınalma portalı vasitəsilə ictimaiyyətə açıqlanıb. Amma,... “Bakı Mühəndislik Universiteti” Publik Hüquqi Şəxsi bu tələbat və satınalmalarda bir mənbədən istifadə edilməsi metodunun səbəbləri barədə məlumat vermir(?)

“Dövlət Satınalmaları Haqqında” qanuna uyğun olaraq kotirovka sorğusu elan edilmədən, tələbat və satınalmada bir mənbədən istifadə edilməsi metodunun səbəbləri, eləcə də görüləcək işlərin həcmi barədə məlumat verilmədən...(?) “Bakı Mühəndislik Universiteti” Publik Hüquqi Şəxsi bu şirkətləri seçib və toplam 36897 manat büdcə vəsaitini etibar edib.

“Bakı Mühəndislik Universiteti” Publik Hüquqi Şəxsi həm də görüləcək işlərin təfərrüatını açıqlamır(?) Baxmayaraq ki, dövlət qurumu olaraq büdcə vəsaitinin xərclənməsində şəffaflığı təmin etmək, ölkə ictiamiyyətinə dəqiq, dolğun məlumat vermək bu dövlət təşkilatının da vəzifə borclarından biridir... Xüsusi ilə ölkəmizin indiki məlum maliyyə-iqtisadi durumunda bu məsələ dövlət yetkililərinin məsuliyyətini birə beş artırmış olmalıdır.

Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2002-ci il tarixli, 668 saylı Fərmanı ilə qüvvəyə minmiş “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanuna əsasən 5000 manatadək olan satınalmalar müqavilə, 5000-50000 manat arası satınalmalar kotirovka sorğusu metodu, qiyməti 50000 manatdan çox olan işlərin, malların və xidmətlərin satınalınması istisna yoxdursa, açıq tender üsulu ilə həyata keçirilir...

Elə isə sual olunur: “Bakı Mühəndislik Universiteti” Publik Hüquqi Şəxsi nədən bu qanunu “unudub” və müvafiq kotirovka sorğusu baş tutmadan hansısa şirkətlərlə birbaşa müqavilə bağlayıb? Burada hansı bir istisna mümkündür ki?

“Bakı Mühəndislik Universiteti” rəhbərliyinin medianın sorğusuna cavab verməməsi kimi bir təcrübəni yenixeber.org olaraq yaşamışıq. Təhsil müəssisəsinin rektoru hörmətli Havar Məmmədova ünvanladığımız elektron sorğu cavabsız qalıb(?)

"HHTEHC" MMC haqqında heç bir bilgi öyrənmək mümkün olmadı... “Bakı Mühəndislik Universiteti” Publik Hüquqi Şəxsin 18900 manat büdcə vsaitini etibar etdiyi bu şirkətin internet üzərindən heç bir əlaqə vasitəsinə rast gələ bilmədik(?)

"SİNAM" MMC ilə isə telefon üzərindən əlaqə yaratmaq cəhdlərimiz nəticəsiz oldu...

Mövzunun davamı olacaq.(Yenixeber.org)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi