Həbsdə olan iş adamları barəsində daha bir cinayət işi açıldı
Həbsdə olan iş adamları barəsində daha bir cinayət işi açıldı
"İdeal-V” tikinti şirkətinin həbsdə olan direktoru Çingiz Məmmədov, şirkətin təsisçisi faktiki rəhbəri İsa Məmmədov barəsində daha bir cinayət işi başlanıb.
Hər iki şəxs dələduzluqda ittiham olunub. Onlar barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ittiham verilib. İş üzrə 4 nəfər zərərçəkən şəxs tanınıb.
Çingiz Məmmədov və İsa Məmmədov barəsində aparılan ibtidai istintaq başa çatıb. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Eldar İsmayılovun icraatına verilib.
Qeyd edək ki, adıçəkilən şəxslər əvvəllər də mənzil dələduzluğunda ittiham ediliblər. Belə ki, onlar bir mənzili bir neçə nəfərə satıblar. 3.2 milyon manatlıq dələduzluqda təqsirli biliniblər. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ç.Məmmədov 10 il, İ.Məmmədov isə 11 il müddətinə azadlıqdan məhrum edilib. (APA)