Balakən rayon Təhsil Şöbəsinin sabiq rəhbərinə cinayət işi açıldı
İşdən çıxarılan məmura cinayət işi açıldı
Balakən rayon Təhsil Şöbəsinin sabiq rəhbəri Dibirov Mahir Tacəddin oğlu barəsində cinayət işi başlanıb.Azia.az "Report”a istinadən xəbər verir ki, sabiq şöbə müdiri barəsində toplanan materiallar baxılması üçün Baləkən rayon Məhkəməsinə göndərilib.Cinayət işi hakim Hümbət Səlimovun icraatına verilib. Cinayət işi məhkəmə baxışındadır.İş üzrə zərərçəkən iqsmində Balakən rayon Təhsil Şöbəsi tanınıb.Qeyd edək ki, Mahir Dibirova qarşı Cinayət Məcəlləsinin 179.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Onun barəsində həbs qətimkan tədbiri seçilməyib.