Azərbaycanlı məşhur İsveçdə həbs edildi
Tanınmış meyxanaçı Ağasəlim Çildağın oğlu olduğu deyilən Natiq Səttarov (Jozef) adlı şəxs İsveçdə zorlama ittihamı ilə həbs edilib. ![]()
Xəbər verilir ki, bu haqda tanınmış jurnalist Şəbnəm Karslı sosial şəbəkədə məlumat verib.
Məlumata görə, Səttarov 2006-cı ilin dekabrında Azərbaycanda siyasi basqılara məruz qaldığını iddia edərək İsveç Krallığından sığınacaq istəyib. Bir müddət sonra istəyi qəbul olunub. 2015-ci ildə İsveç vətəndaşlığını alıb. O İsveçdə sosial media fenomeni olub, tatu ustası olan Jozefin "instagram"da 300 minə yaxın izləyicisi var