İşdən çıxarılan Elsəvər Ağayev: "Şərh vermək istəmirəm"
Bu gün səhiyyə nazirinin müavini vəzifəsindən azad olunan Elsəvər Ağayev qısa açıqlama verib.
Qaynarinfo-ya danışan keçmiş nazir müavinin kefinin yaxşı olduğunu bildirib:
"Kefim əladır. Biraz işlərim var. İşimdən azad olunmağımla bağlı hansısa şərh vermək istəmirəm. Sonra danışarıq”.
Qeyd edək ki, Elsəvər Ağayev 1965-ci il Naxçıvan Muxtar Respublikasında anadan olub. 1983-1988-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun əczaçılıq fakültəsini bitirib. 1990-1993-cü illərdə Sankt Peterburq Kimya-Əczaçılıq Akademiyasında məqsədli aspiranturanı bitirib əczaçılıq elmləri namizədi elmi dərəcəsini alıb geri qayıtdıqdan sonra baş mütəxəssis, şöbə müdiri işləyib. 1996-cı ildə həmin birliyin baş direktoru təyin olunub. 1997-cü ildə Səhiyyə Nazirliyinin "Dərman və Tibbi Texnika” İTB-nin baş direktoru, SN-nin "Əczaçılıq və Tibb Sənayesi” EİB baş direktoru vəzifəsinə təyin edilib.
1999-cu ildən il Səhiyyə nazirinin müavini vəzifəsinə təyin olunub. 2013-cü ildə Tərəqqi medalı ilə təltif edilib.