Afət Fərmanqızı Vilayət Eyvazova təşəkkür etdi
"Daxili işlər naziri Vilayət Eyvazova dərin təşəkkürümü bildirirəm”.
Qaynarinfo xəbər verir ki, bunu müğənni Afət Fərmanqızı həyat yoldaşı Mamed Nanacanovun sərbəst buraxılmasına aydınlıq gətirərkən deyib. Sənətçi məlum məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət etdiyini bildirib:
"Anındaca Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinə araşdırma aparılması üçün göstəriş verdi. Hazırda araşdırma gedir və mən onlara çox inanıram”.
Qeyd edək ki, iki gün öncə müğənni Afət Fərmanqızının həyat yoldaşı Mamed Nanacanov saxlanılmışdı.
Xatırladaq ki, Mamed Nanacanov vətəndaş Vaqif İsayevə hədə-qorxu gələrək ondan 200 min dollar tələb etməkdə ittiham olunur. O, Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) və 221.3 (xuliqanlıq) maddəsi ilə təqsirləndirilir.