azia.az
azia.az

Ölüyə "muğam" oxuyan qadın mollalar haqqında yeni iddia - Fırıldaqçılıqdı, dində belə bir şey...

2-02-2022, 16:36

Ölüyə "muğam" oxuyan qadın mollalar haqqında yeni iddia - Fırıldaqçılıqdı, dində belə bir şey...
Milli Məclisin yaz sessiyası çərçivəsində keçirilən ilk plenar iclasda deputat Məlahət İbrahimqızı Azərbaycanda yas mərasimlərindəki qadın mollaların əksəriyyətinin cahil insanlar olduğunu söyləmişdi. O, qadın mollalar şeirdən, muğamdan mərsiyəyə tutmuş hər şey danışdıqlarını,

"Quran”dan, hədisdən isə ağıllı bir söz demədiklərini bildirmişdi:

"Həmin qadın mollalar şeirdən, muğamdan mərsiyəyə tutmuş hər şey deyirlər, "Quran”dan, hədisdən isə ağıllı bir söz deməzlər. Hacı Salman dedi ki, buna nə Qafqaz Müsəlmanları İdarəsi, nə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi heç nə edə bilmir, bu məsələ qanunla tənzimlənməlidir. Ona görə də həmkarlarımı bu məsələnin qanunla tənzimlənməsinə dəstək verməyə çağırıram”.
Ümumiyyətlə, Azərbaycanda uzun illərdir yas mərasimlərinə dəvət olunan mollalarla da bağlı problemlər qalmaqdadır. Bu mərasimləri idarə edən kişi mollaların müəyyən qaydalar çərçivəsində yas mərasimlərində iştirakı qismən həll olunub, amma yas mərasimlərində iştirak edən qadın mollalar birmənalı qarşılanmır.

Bəzi dindarların iddiasına görə, İslam dinində molla anlayışı yoxdur.

AZXEBER.COM-a danışan ilahiyyatçı Elşad Miri molla anlayışının tamamilə qurama olduğunu deyib: "İslam din xadimliyi dini deyil, İslam sülh dinidir. İslam dinində Şeyxülislam olsun, müfti olsun, qazi, axund, imam, molla, mərsiyaxan -bunların heç biri yoxdur. İslamda ancaq insan olmaq və insan kimi yaşamaq, eyni zamanda başqalarına dəstək olmaq, əlindən və dilindən başqalarının zərər görməməsi var”.

İlahiyyatçı məclislərdə mollalıq edənlərin gördükləri işi böyük biznes sahəsi adlandırıb: "İslamda mollalıq deyilən anlayış yoxdur və bu fırıldaqçılıqdır. Nə Quranda, nə də peyğəmbərin həyatında belə bir anlayış ümumiyyətlə olmayıb”.

İlahiyyatçı Hacı Təyyar Hüseynli isə AZXEBER.COM-a danışarkən, məsələyə daha fərqli yanaşıb: "Quranda molla anlayışı qəbul edilməsə də, bu anlayış xalqımıza doğma sözdür. Mollalar məclisdə dini ayinləri yerinə yetirir. Qadın mollalar çox vaxt məclisdə olan iştirakçılarlanormal ünsiyyət saxlaya bilmir. Mən təklif edərdim ki, mollarla bağlı xüsusi təlimlər təşkil olunsun, kurslara getsinlər və dini təhsillərini formalaşdırsınlar. Sonra məclisləri idarə edərlər”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi