azia.az
azia.az

Tikintisi 3 günə başa gələn modul ev - FOTO

1-02-2022, 08:21

Tikintisi 3 günə başa gələn modul ev - FOTO
"Green Magic Home" memarlıq bürosu sahəsi 37,5 kvadratmetr olan modul evin layihəsini təqdim edib.
Azia.az AZƏRTAC-a istinadən bildirir ki, "Hobbit" tipli evin əsası gücləndirilmiş polimer konstruksiyadır. Bu konstruksiyalar Meksikanın Kankun şəhərindəki bir müəssisədə hazırlanır və oradan müştərilərə çatdırılır. Modulların özləri kanalizasiya və elektrik kabelləri üçün xüsusi kanallara malikdir.

Çəmən dam örtüyü kimi istifadə olunur ki, bu da praktik olmaqla, istiliyi yaxşı saxlayır. Belə bir yaşayış yeri üç nəfər tərəfindən üç gün ərzində cəmi 500 dollara tikilə bilər.
Tikintisi 3 günə başa gələn modul ev - FOTO
Tikintisi 3 günə başa gələn modul ev - FOTO


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi