azia.az
azia.az

Azərbaycanda yeni tipli məktəblər yaradılır

18-11-2016, 10:14

Azərbaycanda yeni tipli məktəblər yaradılırAzərbaycanda tezliklə yeni tipli məktəblərin quraşdırılımasına başlanılacaq

Lent.az-ın Trend-ə istinadən xəbərinə görə, Təhsil Nazirliyindən bildirilib ki, ilk dəfə olaraq, Lerikin Qələbin, İsmayıllının Yenikənd kənd ümumi orta məktəbləri, Saatlının Mircəlal, Yardımlının Avur, Lənkəranın Təngivan kənd ibtidai məktəbi modul tipli məktəblərlə əvəz olunacaq.

Yeni məktəblərin qısa zaman ərzində istifadəyə verilməsi nəzərdə tutulur.

Modul tipli məktəblərin yaradılmasının üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət (1 ay) ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, burada sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Modul tipli məktəblərin digər üstünlüyü budur ki, qəzalı vəziyyətdə olan təhsil müəssisələrində təmir-tikinti işləri aparılarkən tədris prosesi dayandırılmır və bu məqsədlə müvəqqəti olaraq, 50 yerlik səyyar məktəb quraşdırılır.

Nazirlikdən əlavə edilib ki, hazırda Azərbaycanda təmirə ehtiyacı olan 650-yə yaxın məktəb var. Bunlar ən çox Cəlilabad, Şəki, Qusar, Quba, Şamaxı ərazisinə düşür.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi