azia.az
azia.az

Yeni səhiyyə naziri Teymur Musayev kimdir? - Dosye

19-01-2022, 12:56

Yeni səhiyyə naziri Teymur Musayev kimdir? - Dosye
Bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla Teymur Yusif oğlu Musayev Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilib.

Day.Az xəbər verir ki, T.Musayev 1987-1994-cü illərdə ATU-da tibb təhsili alıb. O, 2003-2004-cü illərdə Strastburq Universitetində Laparoskopik cərrahiyyə ixtisası üzrə biliyini artırıb. 2013-15-ci illərdə isə RISEBA və Riga Stradins Universitetində təhsilini magistr səviyyəsində davam etdirib.

T.Musayev bu təyinatadək Səhiyyə Nazirliyində Səhiyyənin təşkili şöbəsinin müdiri vəzifəsində çalışırdı.

Qeyd edək ki, ixtisasca uroloq olan Teymur Musayev tibb elmlər namizədidir. Eyni zamanda səhiyyə menecmenti üzrə magistr təhsili alıb.


Reproduktiv tibb, həyat tərzi təbabəti, səhiyyə menecmenti sahələrində təcrübəyə sahibdir. 27 ildən artıq müddətdə müxtəlif klinikalarda çalışıb. 18 il özəl səhiyyə müəssisələrindən birinə rəhbərlik edib.

Teymur Musayev İtaliyanın Komo şəhərində Klaudio Tavera il birlikdə "Medwellness və SPA Srl" adlı klinika təsis edib. Açıqlanan məlumatda bildirilir ki, "Medwellness və SPA Srl" 2019-cu ilin avqust ayında kurortlar və termal tibb, spa təbabəti, qocalma əleyhinə və idman təbabəti sahələrində geniş və spesifik təcrübəyə malik iki tibb mütəxəssisi Dr. Klaudio Tavera və Dr. Teymur Musayev tərəfindən təsis olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi