Hüquqşünas, şərqşünas, həkim... - Azərbaycan nazirlərinin təhsilləri (SİYAHI)
![]()
Azərbaycan nazirləri müxtəlif peşə sahibləridir. Aralarında hüquqşünas, polis, iqtisadçı, şərqşünas, həkim və s. var.
Azia.az nazirlərin təhsili haqqında bilgiləri təqdim edir:
Azərbaycan Respublikasının 10-cu Baş naziri Əli Əsədov 1964–1974-cü ildə Bakı şəhərindəki 134 saylı orta məktəbi, 1978-ci ildə isə Moskva Xalq Təsərrüfatı İnstitutunu bitirib.![]()
Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov 2000-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını fərqlənmə diplomu ilə bitirib![]()
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev 1984-cü ildə Bakı şəhərində orta məktəbi, 1991-ci ildə Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin politologiya ixtisasını bitirib. 1994-cü ildə isə Azərbaycan Dövlət İqtisad Universitetinin Xarici iqtisadi əlaqələr ixtisasına yiyələnib. 2000-ci ildə Ümumrusiya Xarici Ticarət Akademiyasının "Dünya iqtisadiyyatı" ixtisası üzrə təhsil alıb.![]()
Azərbaycan Respublikasının Energetika naziri Pərviz Şahbazov 1986–1992-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. ![]()
Ədliyyə naziri Fikrət Məmmədov 1977-ci ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsini, 1988-ci ildə Bakı APM-nı (Dövlət İdarəçilik Akademiyası) bitirib. ![]()
Əmək və Əhalinin Sosial Müdafiə naziri Sahil Babayev Bakı Dövlət Universitetində "Beynəlxalq hüquq və beynəlxalq münasibətlər” sahəsi üzrə 2000-ci ildə bakalavr, 2002-ci ildə isə magistr dərəcəsini fərqlənmə ilə bitirib, 2010-cu ildə hüquq üzrə fəlsəfə doktoru dərəcəsini alıb.![]()
Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin geoloji-kəşfiyyat fakültəsini bitirib. Azərbaycan Universitetində ikinci ali təhsil alıb.![]()
Azərbaycan Respublikasdının Gənclər və İdman naziri Fərid Qayıbov 1995-сi ildə Bakı şəhəri 1 saylı orta məktəbini bitirib. 1999-cu ildə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Azərbaycan Dövlət İqtisad İnstitutunun Biznesin təşkili və idarə edilməsi fakültəsini bakalavr, 2001-ci ildə isə magistr dərəcəsini qazanıb. 2014-cü ildə Sankt-Peterburqda P.F.Lesqaft adına Milli Dövlət Bədən Tərbiyəsi, İdman və Sağlamlıq Universitetində pedaqoji elmlər namizədi dərəcəsi alıb. 2021-ci ildə XXIV MEMOS İcraçı magistr proqramına (İdman təşkilatının idarə olunması üzrə icraçı magistr) qəbul olunub.
Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramov 1990-cı ildə orta məktəbi gümüş medalla bitirib. Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı ixtisası, Azərbaycan Universitetini isə hüquqşünaslıq ixtisası üzrə bitirib.![]()
Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov 1992-1997-ci illər - Bakı Dövlət Universitetində təhsil alıb, beynəlxalq hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1997-1998-ci illər - ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərindəki Pasifik Universitetinin Makcorc Hüquq məktəbində hüquq üzrə magistr dərəcəsi alıb. 2004-cü il - Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi qazanıb.![]()
Azərbaycan Respublikasının Kənd təsərrüfatı naziri İnam Kərimov 1984-cü ildən 1994-cü ilə qədər S.C.Pişəvəri adına Humanitar fənlər Gimnaziyasında təhsil alıb. 1994-cü ildən 1995-ci ilədək Birləşmiş Ştatların İndiana ştatında yerləşən Riçmond Ali Məktəbində (ing. Richmond High School) təhsilini davam etdirib. 1995-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsinə qəbul olub. 1998-ci ildən 2000-ci ilə qədər Fransanın Strasburq Universitetində hüquq ixtisası üzə bakalavr, 2000–2002-ci illərdə isə, Fransanın Sorbonna Universitetində hüquq ixtisası üzrə magistr təhsili alıb. 2013-cü ildə Sorbonna Universitetində hüquq elmləri doktoru (docteur en droit) elmi dərəcəsi qazanıb.![]()
Azərbaycan Respublikasın Maliyyə naziri Samir Şərifov 1983-cü ildə Kiyev Dövlət Universitetinin Beynəlxalq əlaqələr və beynəlxalq hüquq fakültəsini bitirib, magistr dərəcəsi alıb.![]()
Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimov 1998-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb dili və filologiyası ixtisası üzrə bakalavr dərəcəsi, 2003-cü ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının beynəlxalq münasibətlər fakültəsinin beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə magistr dərəcəsini alıb. İraqda (Əl-Mustansiriyyə Universiteti), Misirdə (Diplomatik Tədqiqatlar İnstitutu), Avstriyada (Vyana Diplomatik Akademiyası), İtaliyada (San Remo Beynəlxalq Humanitar Hüquq İnstitutu), Polşada (Beynəlxalq Qızıl Xaç Komitəsi) və s. diplomatik kurslarında iştirak edib.![]()
Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov 1980-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini, 1986-1987-ci illərdə SSRİ Silahlı Qüvvələrinin Baş Qərərgahının akademik İdarəetmə kurslarını bitirib.![]()
Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri Mədət Quliyev 1965-ci ildə Gəncə şəhərində 1 nömrəli tam orta məktəbin birinci sinfinə gedib, 1975-ci ildə Gəncə şəhərində 8 nömrəli tam orta məktəbin onuncu sinfini bitirib. 1975-ci ildən 1980-cı ilə qədər Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda təhsil alıb.![]()
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev 1994-2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alaraq Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr və magistr dərəcəsi qazanıb, 2000-2002-ci illərdə isə ABŞ-nın Şərqi Karolina Universitetində iqtisadiyyat üzrə magistr təhsili alıb. Rəşad Nəbiyev Harvard Universitetinin Kennedi İdarəçilik Məktəbində davam etdirərək 2006-cı ildə "Yüksək vəzifəli icraçı şəxslər üçün Dövlət maliyyə idarəetməsi proqramı”nı bitirib.![]()
Azərbaycan Respublikasının Səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri əvəzi Teymur Musayev 1977-1981-ci illərdə Əlcəzair Xalq Demokratik Respublikasında SSRİ-nin Baş konsulluğun nəzdində 1 saylı orta məktəbdə, sonradan 1981-1987-ci illərdə Bakı ş. 189 saylı orta məktəbdə təhsil alıb. Məktəbi medalla bitirib. 1987-ci ildə Azərbaycan Tibb İnstitutunun 1-ci müalicə-profilaktika fakültəsinin 1-ci kursuna qəbul olub. 1993-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. 25 dekabr 2000-ci il tarixində namizədlik dissertasiyasını müdafiə edib və 2001-ci il 4 aprel tarixli Ali Attestasiya komissiyasının qərarı ilə "tibb elmləri namizədi” elmi dərəcəsini alıb. 2003-2004-cü illərdə Fransanın "Universite Strasburg 1” Universitetində "laparoskopik cərrahiyyə” ixtisası üzrə diplom kursunun tələbəsi olub. 2013-2015-ci illərdə "Riga İnternational School of Business and Economics” və "Riga Stadins University” kimi təhsil ocalqarında birgə magistratura təhsili alıb və 2015-ci ilin may ayında "Master fo Health Management (business executive)” magistr dərəcəsini alıb.![]()
Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayev 1999–2003-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati İdarəetmə fakültəsində təhsil alıb, 2003-cü ildə bu ali təhsil müəssisəsini fərqlənmə ilə bitirib. 2003–2004-cü illərdə Mərkəzi Avropa Universitetində Siyasi Elmlər üzrə magistr pilləsində təhsil alıb. 2010–2012-ci illərdə "2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" və "Fulbright" proqramının birgə dəstəyi ilə Kolumbiya Universitetində İctimai (İnzibati) İdarəetmə ixtisası üzrə magistr təhsili alıb.![]()