azia.az
azia.az

Şəhid Ayaz Nəzərovun nəşi ailəsinə təhvil verildi - FOTOLAR

12-01-2022, 13:12

Şəhid Ayaz Nəzərovun nəşi ailəsinə təhvil verildi - FOTOLAR
Kəlbəcərdə Ermənistan Silahlı Qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan hərbi qulluqçu Ayaz Azər oğlu Nəzərovun nəşi ailəsinə təhvil verilib.

"Report"un Qərb bürosunun məlumatına görə, şəhidin nəşi Tovuzun Bozalqanlı kəndindəki evinə gətirilib.

Qeyd edək ki, şəhid nişanlı idi və bir neçə gündən sonra toyu olacaqdı. Buna görə də şəhidin anasının istəyi ilə onun yas mağarı toy abu-havasında bəzədilib. Bundan başqa, mağarın içinə toy xonçaları düzülüb.

Şəhid doğulub, boya-başa çatdığı Bozalqanlı kənd qəbiristanlığında dəfn olunacaq.

Allah rəhmət etsin!

Şəhid Ayaz Nəzərovun nəşi ailəsinə təhvil verildi - FOTOLAR
Şəhid Ayaz Nəzərovun nəşi ailəsinə təhvil verildi - FOTOLAR
Şəhid Ayaz Nəzərovun nəşi ailəsinə təhvil verildi - FOTOLAR


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi