İçki içəndə hər şeyi unuduruqmu? - Əsil həqiqətlər...Demə...
Alimlər beyin haqqında təəcübləndiric faktlar ortaya çıxarıb.
İnsanlar adətən içki içəndə hər şeyi unutduqlarını düşünür. Amma elə deyil, içki içmək beyinə heç nəyi unutdurmur.
Şokoladın qoxusu beyninizdəki teta beyin dalğalarını artırır və sizin rahatlanmağınıza səbəb olur.
İnsan beyni 40-50 yaşları arasında da inkişaf etməyə davam edir.
Beyninizə 5-10 dəqiqədən bir normal oksigenin gedib çatmaması qalıcı beyin fəsadlarına yol aça bilər.
Həzin musiqi çalınan yerlərdə insanların daha çox alış-veriş etmək istəyinin olduğu bildirilir. Bu da beyinlə əlaqəlidir.
Yaxşı yuxu yatmamaq beyinə mənfi təsir göstərir və iradəni zəiflədir. İnsan ətraf mühitə təpki göstərməməyə başlayır.
Beyin bəzən donur. Bunun elmi adı isə belədir: "Sphenopalatine ganglioneuralgia".
Sağ beyin və sol beyin birlikdə və eyni vaxtda işləyir.
Alimlərin qənaətinə görə, dieta saxladığınız zamanlar, beyniniz özü-özünü yeməsi haqqında düşünə bilər.
Xroniki stres beyinin erkən qocalmasına və gücsüzləşməsinə gətirib çıxara bilər.
Evdə baş verən ailə münaqişələrinin uşaqların beyninə göstərdiyi təsir, müharibədə əsgərlərin beyninə göstərdiyi təsirə bərabərdir.
Başqaları üçün pul xərcləmək insanları xoşbəxt edir. Hətta özünüz üçün pul xərcləməkdən daha xoşbəxt.
Darıxdırıcı bir insanın monoton danışığının səsini beyninizdə dəyişdirə bilərsiniz.
Bir zarafata gülmək bəsit bir şey deyil. Bu zaman beyindəki beş fərqli bölgənin bir arada işləməsi təmin olunur.
Hər hansı bir adamın küskün, kədərli, hirsli olub-olmadığını üzünə baxaraq müəyyən etmək olur. Bunun səbəbi isə beyindəki "amigdala" adlanan hissədə yerləşir.
Unutmaq yaxşıdır. Lazımsız məlumatların beynimizdən silinməsini təmin etmək beyinin daha yaxşı işləməsinə kömək edər.