Bəylər Əyyubovun qardaşı oğluna yeni vəzifə verildi
Prezidentin Mühafizə Xidmətinin rəisi, general-polkovnik Bəylər Əyyubovun qardaşı oğlu yeni vəzifəyə təyin edilib.
Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin imzaladığı əmrlə generalın qardaşı oğlu Eyubov Həsən Nəbi oğlu komitənin Aksizli mallar üzrə Baş Gömrük İdarəsinin rəisi vəzifəsindən azad edilərək Enerji Resursları və Dəniz Nəqiyyatında Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Qeyd edək ki, Səfər Mehdiyevin imzaladığı müvafiq əmrlə ümumilikdə 33 rəhbər vəzifəyə təyinat olub./News24.az