azia.az
azia.az

“Cəhənnəm qapısı” adlanan bu quyu 50 ilə yaxındır ki, sönmür – VİDEO

7-01-2022, 15:20

“Cəhənnəm qapısı” adlanan bu quyu 50 ilə yaxındır ki, sönmür – VİDEO
Türkmənistanda partlayış nəticəsində əmələ gələn Darvaza çuxuru “cəhənnəm qapısı” kimi tanınır.

Hokm.az-ın məlumatına görə, Qaraqum səhrasının ortasında geoloqların işi zamanı təsadüfən əmələ gələn kraterdəki yanğın 1971-ci ildən aktivdir.

Quyunun bu halı turistlərin marağına səbəb olur.

Belə ki, rayonda aparılan qazma işləri zamanı çökəklik yaranıb və yerin altından zəhərli qaz çıxmağa başlayıb.

İçində metan qazı olduğu təxmin edilən quyu bir gün bu qazın tükənəcəyi ümidi ilə alovlansa da, o gündən sonra yanğın bir dəfə də sönməyib.

Diametri 670 metr, dərinliyi 30 metr olan quyudakı yanğının hərarətinin 400 dərəcəyə yaxın olduğu təxmin edilir.

Maraqlıdır ki, burada tüstü olmur.

Çuxura ilk girən şəxs “National Geographic” tədqiqatçısı Corc Kourounisdir. O, 2013-cü ildə kəşf etdiyi quyunun içərisində yüksək səs-küyün olduğunu deyib. Bunun yüksək təzyiq altında yanan qazın səsi olduğu düşünülür.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi