azia.az
azia.az

“Yerin səthinə çıxan qaz oksigenlə birləşərək güclü alov yaradıb” - Xəzərdəki partlayışla bağlı YENİ AÇIQLAMA

6-07-2021, 11:44


Dünən Xəzər dənizində baş verən partlayış insanlar arasında əməlli-başlı təşviş yaratdı və müzakirələrə səbəb oldu.
“Yerin səthinə çıxan qaz oksigenlə birləşərək güclü alov yaradıb” - Xəzərdəki partlayışla bağlı YENİ AÇIQLAMA
Partlayışa səbəb kimi müxtəlif versiyalar səsləndirilsə də, rəsmi qurumlar hadisənin vulkan püskürməsi nəticəsində baş verdiyini açıqladılar.
Bəs bu cür güclü partlayışın vulkan püskürməsi səbəbindən baş verməsi mümkündürmü?

Ünvanlanan sualı KONKRET.az-a şərh edən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, son vaxtlar palçıq vulkanlarının intensivliyi artıb: “Məsələn bundan əvvəl ən böyük palçıq vulkanı Sanqaçal Terminalında, dağın başında püskürmüşdü və od şəkilində bir müddət davam etmişdi. Vulkan o qədər intensiv olmuşdu ki, püskürən lava aşağıdan keçən dəmir yoluna qədər gəlib çatmışdı. Daha sonra dənizdə, Buzovna tərəfdə vulkan püskürmüşdü. Çox zəif vulkan püskürməsi olsa da, alovla müşaiyət olunmuş və süni ada yaranmışdı. Lakin lava soyuduqdan sonra, dəniz suları həmin adanı yuyub apardı. Yəni bu cür hadisələrin baş verməsi, yerin tərkibində bir enerjinin olmasına dəlalət edir. Hazırda isə, bu enerjinin yerin səthinə çıxması prosesi gedir”.
İlham Şaban əlavə edib ki, hadisə Ələt və Neftçala arasındakı ərazidə baş verib: “Buradan təxminən 90 kilometrə yaxın ərazidə palçıq püskürməsi oub, özüdə sahildən 30 kilometr uzaqlıqda müşahidə edilib. Videolardan da gördük ki, alov çox güclü olub. Bu onun göstəricisidir ki, daşlı ada vulkanik mənşəli ərazidir. Yerin altında olan enerji müəyyən bir kuliminasiya nöqtəsinə çatanda, səthə çıxmaq üçün yer axtarır. Qazın təzyiqi həddən artıq yüksək olub və səthdəki boşluqları yararaq yerin üzərinə çıxıb. Yüksək təzyiq altında sürtünmə baş verdiyindən qığılcım yaranıb. Beləliklə də, yerin səthinə çıxan qaz oksigenlə birləşərək güclü alovla nəticələnib. Orada toplanan qazın həcminin çoxluğundan yanğın güclü olub”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi