azia.az
azia.az

General Qubada otel tikdirir: İcazəni Qusar İcra Hakimiyyətindən alıb - VİDEO

7-01-2022, 13:24

General Qubada otel tikdirir: İcazəni Qusar İcra Hakimiyyətindən alıb - VİDEO
Penitensiar Xidmətin sabiq müavini, ədliyyə general-mayoru Hüseynağa Əlixanov Qubada qardaşı ilə bərabər otel tikdirir.

Qaynarinfo-nun məlumatına görə, tikinti obyektinin sifarişçisi generalın qardaşı Nazim Ənvər oğlu Əlixanovdur. Quba rayonu, Timiryazev kəndində tikiləcək 3 mərtəbəli otelin və ticarət mərkəzinin ümumi sahəsi 1989.1 m2-dir.

Ən maraqlısı isə Qubada tikiləcək obyektin tikintisinə icazə verən orqan Qusar Rayon İcra Hakimiyyəti başçısı Aparatının memarlıq tikinti şöbəsidir. Obyektin tikintisinə icazə 2014-ci ildə alınsa da Tikinti obyektinə verilmiş kod 11.10.2021-ci ilə təsadüf edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi