Türkiyədə əməliyyat: Azərbaycanlı qadınlar saxlanıldı (FOTO/VİDEO)
Türkiyənin Şanlıurfa şəhərində polis fahişəliklə məşğul olduğu deyilən 26 nəfəri saxlayıb.
Xəbər verilir ki, aralarında Azərbaycan, Qırğızıstan, Suriya və Rusiyadan olan qadınların da olduğu 26 nəfər "fahişəliyə vasitəçilik və təşviq etmək” və "fahişəliyə yer vermək” iddiası ilə saxlanılıb.
Şübhəlilərin ünvanlarında aparılan axtarışlar zamanı 2 ədəd tüfəng, 90 min lirə və 1220 dollar ələ keçirilib.
Saxlanılan qadınlardan 14-nün izahatı aklındıqdan sonra barələrində hüquqi qərar vermək üçün məhkəməyə aparılıblar.
Hazırda digər şübhəlilərin də polis tərəfindən dindirildiyi bildirilir.Qayanrinfo