İtkin düşən polkovnik efirə qoşulub, ağladı - Ailəsinə dedikləri hər kəsi ŞOKA SALDI
Türkiyədə qəribə hadisə baş verib.
Azia.az xəbər verir ki, təqaüddə olan polkovnik Mustafa Kayanın ailəsi "Müge Anlı ilə Tatlı Sert'' verilişinə qatılıb.
25 illik həyat yoldaşını 3 ildir görməyən Seyhan Kaya Müge Anlı və komandasından kömək istəyib.
"Baldızın boğazımızdan kəsərək meşənin ortasında tikdiyimiz mənzilimizi əlimizdən almağa çalışır.
Mənzilimizi satmaq üçün evə müştəri aparıblar. Amma torpaq reyestrinin əməkdaşı həyat yoldaşımın səhhətini yaxşı olmadığını görüb, razılıq verməyib.
Həyat yoldaşımı 3 ildir məndən gizlədir".
Təqaüddə olan polkovnik M.Kaya çox keçməyib ki, canlı efirə görüntülü zəng edib.
Müge Anlı və Tatlı Sertin canlı yayımında polkovnik Mustafa Kayanın cavabı qızı və həyat yoldaşını şoka salıb.
Canlı yayında dediklərindən sonra göz yaşlarına hakim ola bilməyən M.Kaya ürəkləri dağlayıb.
O həyat yoldaşı və qızı ilə görüşmək istəmədiyini, ona pis təsir etdiyini deyib. Bunun qarşılığinda Seyhan Kaya ərinin vəziyyətinin daha da ağırlaşdığina diqqət çəkəməyə başlayıb və onun zorla bu sözləri dediyini iddia edib.
Lakin qısa müddət sonra M.Kaya fikrindən daşınıb, ailəsinin yanında olmaq istədiyini deyib.