Deputat Məhəməliyevin qardaşı Balakənin əkin sahələrini necə MƏHV EDİR? - İDDİA
Balakəndə əkinə yararlı və kənd təsərrüfatı təyinatlı torpaqların məhv edilməsi ilə bağlı redaksiyamıza videogörüntülər təqdim edilib.
Videogörüntülərdə rayonun Hənifə kəndi ərazisinə məxsus əkin sahələrinin Kərpic zavodunun tullantıları ilə məhv edildiyi əks olunub.
Azia.az xəbər verir ki, Bizim.Media-ya bu barədə müraciət edən şikayətçilərin iddiasına görə sözügedən əkin sahələri Milli Məclisin deputatı Nəsib Məhəməliyevin qardaşı Yusif Məhəməliyev tərəfindən zəbt edilib.
Onlara məxsus Kərpic zavodu 2019-cu ildən istifadəyə veriləndən əkinə yararlı torpaqlar ekoloji terrora məruz qalaraq məhv edilir. Belə ki, kərpic istehsalı ücün həmin ərazidən torpaq götürülərək yerinə zavodun tullantıları doldurulur. Üstəlik ərazidə aparılan işlər dövlətə hec bir rüsüm ödənilmədən, qanunsuz olaraq həyata keçirilir.
Şikayətçi qeyd edib ki, sözügedən ərazi həm çirkləndirilir, həm də karyer kimi istifadə olunur:
“Zavod fiziki şəxs Yusif Məhəməliyevin adına rəsmiləşdirilib. O, isə milllət vəkili Nəsib Məhəməliyevin qardaşıdır. Əvvəlcə kərpic istehsalı üçün torpağı götürürlər, sonra isə kərpic tullantıları gətirirlər və torpaq götürdükləri yerdən çalaları doldururlar. Əslində yerin quruluşu da pozulur. Faciə isə odur ki, kərpic tulantıları torpaqda cürümür, əksinə əkin sahələrini yararsiz vəziyyətə gətirir.
Belə davam edərsə, yaxin 3 ildə Məhəməliyevlər Balakəndə əkinə yararli səhələri iflic edəcəklər. Bu isə cənab Prezidentin ekoloji mühitə olan diqqətinə və kaygısına tam zildir. Belə çıxır ki, iqtidaryönümlü deputatın qardaşı bu gün Azərbaycanda aparılan işlərə qarşı çıxır”.
Şikayətçi onu da əlavə edib ki, məsələ ilə bağlı Balakən Rayon İcra Hakimiyyətinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Fövqəladə Hallar Nazirliyinə, eləcə də Dövlət Əmlak Xidmətinə müraciətlər olunub. Amma adlarıçəkilən qurumlar məsələ ilə bağlı hərəkətə keçmir.
Yazıda adıkeçən qurumların da mövqeyini dərc etməyə hazırıq.
Mövzunu diqqətdə saxlayacağıq.