Qısa boylu insanlara BƏD XƏBƏR
Həkimlərin araşdırması onu göstərib ki, boyu alçaq olan adamların koronavirusa yoluxma riski daha yüksəkdir. Xüsusilə də, belə insanlarda xroniki xəstəlik olarsa, koronavirusun daha agır formada keçirməli olurlar. AZİA.AZ saqlamheyat.az-a istinadən bildirir ki, bu barədə "Moskva 24" məlumat yayıb.
Məlumata görə, koronavirus, xüsusilə alçaqboyun insanlara daha tez yoluxur, çünki hava - su damcıları yuxarı qalxmır, aşağı düşür. Bu səbəbdən də hündürboy insanlar alçaqboy insanlarla söhbət edərkən yoluxma riski artır.
Həkimlər ona görə vurğulayır ki, insanlar arasındakı distansiya 2 metrdən az olmamalıdır.