Heyva tumunun inanılmaz faydaları
Heyvanın meyvəsi, qabığı, tumu, hətta yarpağı və çiçəyi ayrı-ayrılıqda min bir dərdə şəfadır.
Xəbər verirlir ki, göy, quru öskürək, mədə-bağırsaq iltihabı, ürək-damar fəaliyyətinin artırılmasında, böyrək və sidik-cinsiyyət orqanları iltihabının müalicəsində heyvanın böyük əhəmiyyəti var. Heyva toxumunun dəmləməsi mədə-bağırsaqda olan səpgilərin, tənəffüs orqanlarının, böyrək ağrılarının müalicəsinə çox faydalıdır. Uşaqların sümüklərinin möhkəmlənməsinə kömək edir. Hər yaşda olan insanların sinir sistemini gücləndirir, mədə-bağırsağı zərərli mikroblardan təmizləyir. Dəriyə və dırnaqlara parlaqlıq qazandırır.
Qədim dövrlərdə romalılar ətirləri də heyva tumu ilə zənginləşdirərdilər. İndi isə ən bahalı kremlərin xam maddəsini heyva tumu və digər inqrediyentlər təşkil edir. Ona görə də heyva tumu gözəllik sektorunda daha çox gənclik iksiri kimi tanınır.
Heyva tumundan dəriyə təbii botoks effekti verən maska hazırlamaq üçün 7-8 ədəd tumu çıxarıb 1 stəkan ilıq suda, ağzı açıq şəkildə 1 gün saxlayın. Alınan jeleni 20 dəqiqə dərinizdə saxlayın. Üzünüzü ilıq suyla yuyun. Bu maska dərini yumşaldır və onun elastikliyini bərpa edir, qırışları azaldır. Yaxşı nəticə üçün maskanın 20 gün müddətində müntəzəm istifadəsi şərtdir.
Heyva tumu ancaq gözəllik sektorunda deyil, sağlamlıq problemləri ilə əlaqədar da istifadə edilir. Heyva tumunun bronxitə, öskürəyə, mədə və bağırsaq problemlərinə müsbət təsiri var. Ciyərlər üçün də olduqca faydalıdır. Ağız yaraları və qoxusunun qarşısını almaqda da olduqca təsirlidir. Heyva tumunu alma çəyirdəyi və bal ilə birlikdə qarışdırıb məcun halında qəbul etsəniz və su ilə qaynadıb içsəniz, öskürəyi kəsər.
Heyva tumunu qaynadıb suyunu acqarına içmək sidik yolu iltihabına yaxşı təsir edir. Heyvanın yarpağı və çiçəkləri də soyuqdəymədə və mikroblarla bağlı narahatlıqlarda istifadə edilə bilər. Uşaqlarda rast gəlinən ishal problemini ortadan qaldırır.
Yenicag.az