azia.az
azia.az

Ailə Məcəlləsinin 65-ci maddəsində dəyişiklik edilir

17-12-2021, 15:06

Ailə Məcəlləsinin 65-ci maddəsində dəyişiklik edilir
Valideynlik hüquqlarından məhrumetmə qaydasına dəyişiklik təklif edilir.

E-huquq.az xəbər verir ki, bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik olunur.

Dəyişikliklə Məcəllənin 65.5-ci bəndi yeni redaksiyada verilir: “Valideynlik hüquqlarından məhrumetmə barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sisteminə ötürülür”.

Məcəllənin hazırki bəndi isə belədir: “Məhkəmə, valideynlik hüquqlarından məhrumetmə haqqında qətnamə qanuni qüvvəyə mindikdən sonra 3 gündən gec olmayaraq bu qətnamədən çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərməlidir”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi