"Dərman vasitələri haqqında" qanuna dəyişikliklər edilir.azia.az Trend-ə istinadən xəbər verir ki, bu məsələ Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
"Dərman vasitələri haqqında" qanunun hazırki variantına əsasən, Azərbaycanda istehsal edilən və ölkəyə idxal olunan dərman vasitələri qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti tərəfindən sertifikatlaşdırılır.
Qanuna edilən yeni dəyişikliyə əsasən, dərman vasitələri qanunvericliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının akkreditasiya edilmiş uyğunluğu qiymətləndirilən qurum və ya akkreditasiya edilmiş uyğunluğu qiymətləndirlən qurumlar tərəfindən sertifikatlaşdırılır.
Komitə sədri Əhliman Əmiraslanov bildirib ki, yeni dəyişiklik qanunun "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" qanuna uyğunlaşdırmaq məqsədilə edilir.
Qanun layihəsi MM-in plenar iclasına tövsiyə edilib.