Nikol Paşinyan: “Bütün danışıqlarda Qarabağın Azərbaycanın tərkibində qalması razılaşdırılıb”
“2018-ci ildə hakimiyyətə gəldikdən sonra danışıqlar prosesi bizə miras qalıb. Həmin sənədlərdə, aparılan danışıqlarda Dağlıq Qarabağın Azərbaycandan kənarda qalması nəzərdə tutulmayıb”. Alp.az xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
O qeyd edib ki, bütün danışıqlarda Qarabağın Azərbaycanın tərkibində qalması öz əksini tapıb. “Sən hələ də bir kəlmə də danışmamısan ki, özün müharibənin qarşısını necə alırdın. Gedin fikirləşin ki, 2018-ci ildə, 2019-cu ildə, 2020-ci ildə nə edərdiniz ki, müharibə olmasın? Deyirəm ki, müharibənin qarşısını almağın yeganə yolu Dağlıq Qarabağın statusunu müəyyən etmədən ərazilərin qaytarılması idi”.
O bəyan edib ki, bu fikirlərini sübut etməyə həmişə hazırdır. “Tam məsuliyyətimlə bəyan edirəm ki, əvvəlki hakimiyyət Qarabağın Azərbaycandan kənarda olmasına nəzəri imkan belə qoymayıb”.
O, sələflərini də ordunu və ölkəni talamaqda ittiham edib. “Sizin müdafiə naziriniz (“Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan – red.) deyirdi ki, Azərbaycan əsgərlərinin yaxınlaşmasını eşitmək üçün cəbhə xəttində boş konserv qutuları asın”.
Ermənistanın baş naziri qapalı iclas təşkil etməyi təklif edib. “Mən bu dediklərimi sübut etmək üçün keçmiş danışıqlara dair sənədləri gətirəcəm”.