Paşinyan: “Dağlıq Qarabağın statusu məsələsi yoxdur”
Ermənistanın baş naziri Nikol Paşinyanın ötən ilin oktyabrın 19-da müxalif Daşnaksütyun partiyasının parlamentdənkənar rəsmiləri ilə görüşünün bəzi detalları açıqlanıb.
“Margin.az” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə “Hayastan” blokunun deputatı İşxan Saqatelyan açıqlayıb.
“Paşinyan oktyabrın 19-da müşavirəyə vəziyyət ağırdır, itkilərimiz çoxdur deyərək başladı. Soruşdum ki, heç olmasa Dağlıq Qarabağın status məsələsi varmı, Nikol Paşinyan “yox” dedi. Mən də ona dedim ki, sən, əslində, 23-24 gün “biz qalib gələcəyik” qışqırdın, indi deyirsən ki, kapitulyasiyaya imza atacaqsan. Cavab verdi ki, vəziyyət belədir və ondan əvvəlki rəhbərlik yaxşı miras qoymayıb. Deməliyəm ki kapitulyasiya Ermənistanın məhv olması deməkdir”-deyə deputat bildirib.