18 yaşlı Fidanın intim görüntülərini yayıb ölümünə səbəb olan şəxs ÜZƏ ÇIXDI
18 yaşlı Fidanın intim görüntülərini yayıb ölümünə səbəb olan şəxs ÜZƏ ÇIXDI
"Noyabrın 27-si saat 15 radələrində paytaxtın Yasamal rayon sakini 2003-cü il təvəllüdlü Fidan Nəftəliyevanın yaşadığı binanın 10-cu mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma) və 242-ci (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddələri ilə cinayət işi başlanmaqla istintaq olunur".
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Aparılmış istintaqla müəyyən edilib ki, 2004-cü il təvəllüdlü Kərim İbrahimov cari il noyabrın 21-də Fidan Nəftəliyevanın mobil telefonunu oğurlamaqla telefonda olan sonuncuya məxsus şəxsi həyatının sirri hesab olan məlumatları qanunsuz əldə edərək onun ləyaqətini mütəmadi olaraq alçaltmaqla özünü öldürmə həddinə çatdırıb.