azia.az
azia.az

600 minlik cinayət işi üzrə məhkəmə prosesi başlayan BAŞ həkim: “Bu işi təkbaşına görməmişəm”

4-12-2021, 13:08

600 minlik cinayət işi üzrə məhkəmə prosesi başlayan BAŞ həkim: “Bu işi təkbaşına görməmişəm”
600 min manatdan çox mənimsəmədə ittiham olunan Bakı 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının rəhbəri Rəsul Baxşəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Azia.az xəbər verir ki, 30 ilə yaxın xəstəxanada baş həkim olan R.Baxşəliyev bir sıra şəxsləri kağız üzərində bağban, tibb bacısı, sanitar, həkim kimi işə götürərək onlar üçün ayrılan maaşları mənimsəyib. 1992-2021-ci illərdə xəstəxananın baş həkimi olmuş Baxşəliyevin adını rəsmiləşdirdiyi şəxslər arasında öz qızı Sitarə Baxşəliyeva da olub. O, qeydiyyatçı kimi işə götürülsə də, heç vaxt işə gəlməyib. Amma maaş kartına aylıq 270 manat pul köçüb.

İttihama görə, həmin xəyali işçilərə məxsus maaş kartlarının bəziləri də baş həkimin müavini Zinyət İbrahimovada olub. İbrahimova hər ay o kartlardan maaşları çıxararaq, baş həkimə çatdırıb. Adları işçi kimi rəsmiləşdirilib, əslində isə xəstəxanada işləməyən şəxslərin adlarına açılmış maaş kartları vasitəsilə 2009-2021-ci illərdə dövlət büdcəsinə 629 min manat ziyan vurulub.

85 yaşlı baş həkim Bakı Ağır Cinayətlər Məhkəməsindəki ifadəsində özünü qismən təqsirli bildiyini deyib: "Bu məbləğlə razı deyiləm, o qədər olmayıb. Həm də mən bu işi təkbaşına görməmişəm".

Baxşəliyev istintaqdakı ifadəsində isə deyib ki, müavini İbrahimova hər ay kartlardan pulları çıxarıb ona verirdi: “Həmin vəsaitləri sonra öz aramızda bölürdük. Zinyət İbrahimova hər ay maaş kartlarından 2000 manat çıxarıb mənə verirdi. Bunun içində 400 manat öz maaşım idi. Adları işçi kimi rəsmiləşdirilmiş şəxslərə iş stajı yazılırdı deyə, buna razılaşmışdılar. Əməlimdən peşmanam”.

Qeyd edək ki, baş həkim istintaq dövründə vurulan ziyanın 263 min manatını ödəyib. Həm R. Baxşəliyev, həm də müavini Z.İbrahimova CM-nin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə) maddəsilə ittiham olunur.

Məhkəmə araşdırmaları davam edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi