300 min manatdan çox pul mənimsəyən baş həkim və müavinin məhkəməsi başlayır
Bakıda mənimsəmədə təqsirləndirilən 23 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Rəsul Baxşəliyev, onun müavini Zinyət İsmayılova və onlarla birlikdə ittiham olunan Afət İbrahimova və Əli Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Bildirilir ki, təqsirləndirilən şəxslər barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Əfqan Hacıyevin icraatına verilib.
Zərərçəkmiş şəxs qismində Bakı şəhər Baş Səhiyyə İdarəsi tanınıb.
Qeyd edək ki, 23 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkiminin iqtisadi məsələlər üzrə müavini Zinyət İsmayılovanın qanunsuz əməlləri ilə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.