Türkiyədə fırtına dəhşəti - ÖLƏNLƏRİN SAYI 4-Ə ÇATDI, ÇOXLU SAYDA YARALI VAR VİDEO YENİLƏNDİ
Türkiyənin İstanbul şəhərində qasırğa nəticəsində xəsarət alanların sayı artıb.
Azia.az xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca deyib.
Koca bildirib ki, təbii fəlakət nəticəsində 38 nəfər yaralanıb, daha 4 nəfər həlak olub.
****
Türkiyənin İstanbul şəhərində güclü külək bir sıra dağıntılara səbəb olub. Bu dəqiqələrdə də davam edən güclü külək 4 nəfərin həyatına son qoyub. 19 nəfərin isə xəsarət aldığı bildirilir.
Güclü külək İstanbulda bir neçə binanın damını uçurub. Hətta Esenyurt səmtində külək evlərin damlarını küçədən keçənlərin üzərinə atıb.
Bir nəfər damın altında qalan qadın isə həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib. Hətta İzmir və Koceli bölgələrində də güclü küləyin böyük fəsadlara yol açdığı bildirilir.