Güclü külək Şimal regionunda fəsadlara səbəb oldu
Güclü külək Azərbaycanın Şimal regionunda fəsadlara səbəb olub. Regionun bir çox kəndlərində elektrik enerjisinin verilməsində fasilələr yaranıb.
Xüsusilə Xaçmaz rayonunun Tikanoba kəndində 21 ağac kökündən çıxaraq kəndi elektrik enerjisi ilə təmin edən naqillərin üstünə aşıb.
«Azhərişıq» QSC-nin Xaçmaz Elektrik Şəbəkəsinin rəhbəri Seymur Hacıyevin bölgə müxbirimizə verdiyi məlumata görə, hazırda baş vermiş nasazlıqların aradan qaldırılması və elektrik enerjisinin verilməsinin bərpa olunması üçün 6 briqada fəaliyyət göstərir. Şəbəkə rəisi həmçinin bildirib ki, hazırda bəzi kəndlərdə elektrik enerjisinin verilişi bərpa olunub.
Küləkli hava şəraiti Şimal regionunda hələ də davam edir.