azia.az
azia.az

"Tağı Əhmədovun, Misir Mərdanovun, Ziya Məmmədovun oğulları niyə müharibədə döyüşmədilər?”

21-11-2021, 19:43

"Tağı Əhmədovun, Misir Mərdanovun, Ziya Məmmədovun oğulları niyə müharibədə döyüşmədilər?”
“Birinci Qarabağ müharibəsi dövründə görkəmli dramaturq Əli Əmirli “Bala başa bəla!” tamaşasının ssenarisini yazmışdı. Əsərdə qeyd olunurdu ki, nazir öz oğlunu müharibədən gizlətmək üçün oğlunu qız kimi təqdim edir. Bu gün həmin mövzu çox aktualdır. Həqiqətən də bu günə qədər

Bu sözləri qazi jurnalist Rey Kərimoğlu Moderator.az-a açıqlamasında bildirib. Rey Kərimoğlu bu cür halların hələ də olmasını böyük təəssüf hissi ilə qarşıladığını deyib:

“Vətən hamımızındır. Necə olur nazir balaları ölkəni çapıb talamağı bacarır, amma vətən üçün heç nəyi bacarmaq istəmir? Söhbət tək məmur balalarından getmir. Yadınızdadırda Akif Çovdarov Tağı Əhmədovu qorxudub, ondan 3 milyon manat pul almışdı. Tağı Əhmədov 3 milyon pulu haradan alır? Oğlu da hakim işləyir.

Yəni burada şəxsi keyfiyyət məsələləri var. İnsanın əxlaqı, tərbiyəsi osla rüşvət almaz. Azərbaycan məmurlarını son iki-üç ilini çıxmaq şərti ilə əksəriyyət rüşvət alıb, korrupsiya ilə məşğul olur. Namuzsuz və tərbiyəsiz adam vətəni qorumaz. Heç onlar ana-bacılarını qoruya bilmirlər, o ki qaldı vətəni. Vətəni qorumaq ağır və şərəfli işdir.

Vətənpərvər oğullar vətən uğrunda döyüşür. Lakin görəndə ki, şəhidlərin demək olar ki, böuük əksəriyyəti kasıb övladlarıdır, onda insanların qəlbinə inciklik düşür ki, niyə ancaq kasıb balaları niyə döyüşür, şəhid olur? Digər tərəfdən Türkiyədə şəhidlər çıxan evlərə baxırsınızmı? Orada da görürük ki, əksər şəhidlər kasıb övladlarıdır. Hər zaman belə olub, bu məsələni qabardıb bir nəticə almaq olmaz. Ona görə də onun ictimailəşdirilməsi, gündəmə gəlməsi yaxşı hal deyil.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi