azia.az
azia.az

Akademikin mandatını əlindən alan karateçi deputat özünü bir daha belə ifşa etdi

20-11-2021, 23:42

Akademikin mandatını əlindən alan karateçi deputat özünü bir daha belə ifşa etdi
Ötən il, deputat seçkiləri ərəfəsində, Aktualinfo.org 113 saylı Şəki şəhər seçki dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Vüqar Yapon oğlu İskəndərovun tərcümeyi-halında bir sıra ciddi çatışmazlıqların olduğu barədə araşdırma məqalə yaymışdı. Tərcümeyi-halındakı şübhəli məqamlara həmin dövrdə nə Vüqar İskəndərov, nə YAP, nə də Mərkəzi Seçki Komissiyası heç bir aydınlıq gətirmədi. Nəticədə Vüqar İskəndərov akademek Yaqub Mahmudovdan “güclü” çıxaraq VI çağırış Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçildi. Hazırda Hüquq siyasəti və dövlət quruculuğu, gənclər və idman kömitələrinin üzvü kimi fəaliyyətini davam etdirir.

Üstündən bir il keçdikdən, yəni Milli Məclisdə yerini möhkəmləndirdikdən sonra deputat Vüqar İsgəndərov dövrü mətbuatda tərcümeyi-halındakı qaranlıq məqamlara aydınlıq gətirən açıqlamalar verib. Amma zənimizcə bu açıqlama ilə karateçi deputat özünü bir daha ifşa etmiş olub.

Əvvəlcə Vüqar İskəndərovun “Vikipedia”ya yerləşdirdiyi tərcümeyi-halının növbəti hissəsinə nəzər salaq. Vüqar İskəndərovun birinci problemi təhsili ilə bağlıdır. O tərcümeyi-halında göstərir ki, 1996-cı ildə Gürcüstan Respublikası Laqodexi Elmi Tədris institutunun hüquq fakültəsinə daxil olmuş, 2001-ci ildə həmin institutu hüquqşünas ixtisası üzrə bitirmişdir. 2012-ci ildə isə Azərbaycan Dövlət Aqrar Universitetinin İqtisadiyyat fakültəsinə daxil olmuş, 2014-cü ildə həmin universiteti iqtisadçı ixtisası üzrə bitirmişdir. Vüqar İsgəndərovun 1996-cı ildə Gürcüstanın Laqodexi Elmi Tədris İnstitutunun Hüquq Fakültəsində qiyabi təhsil aldığı, həmin institutin isə Təhsil Nazirliyinin Nostrifikasiya (Xarici diplomların tanınması və ekvivalentliyinin müəyyən edilməsi) İdarəsinin 16.05.2017-ci il tarixli siyahısında yer almadığı qeyd edilir. Bəri başdan qeyd edilməlidir ki, Gürcüstan Respublikası ərazisində təhsil boloniya sistemi üzrə aparıldığından ali məktəblərdə qiyabi təhsil ləğv edilmişdir. Buna baxmayaraq Gürcüstan Respublikasının Laqodexi Elmi-Tədris İnstitutunun diplomu Azərbaycan Təhsil Nazirliyi tərəfindən vaxtı ilə tanınıb. Bu barədə axar.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib.

Nazirlikdən qeyd edilib ki, Laqodexi Elmi-Tədris İnstitutunun 1992-2005-ci illər ərzində akkreditasiyası olub.

Qeyd edək ki, ötən yazılarda deputat Vüqar İsgəndərovun ilk təhsil aldığı məkanın o qədər də tanınmayan ali məktəb olduğunu, diplomunun isə hazırda tanınmadığını bildirmişdik.

Deputat Vüqar İsgəndərovun tərcümeyi-halında onun 1996-cı ildə Gürcüstan Respublikası Laqodexi Elmi Tədris İnstitutunun Hüquq fakültəsinə daxil olduğu və qiyabi təhsillə 2001-ci ildə həmin institutu hüquqşünas ixtisası üzrə bitirdiyi göstərilib.

Beləliklə, onun təhsil aldığı dövrdə sözügedən ali məktəbin diplomu Azərbaycan Təhsil Nazirliyi tərəfindən tanınırmış, hazırda isə doğrudan da tanınmır.

Bir müddət öncə cənab deputat təhsili ilə bağlı xəbərlərə də münasibət bildirib. O, diplomlarının təsdiq edildiyini bildirərək sənədləri göndərib: “Laqodexidə Dövlət İnstitutunun hüquq fakültəsini qiyabi bitimişəm. 2011-ci ildə diplomum Təhsil Nazirliyi tərəfindən tanınıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi