azia.az
azia.az

Küçəyə pullar səpildi, insanlar yığıb bayram etdi, sonda isə... - VİDEO

20-11-2021, 21:14


ABŞ-ın Cənubi Kaliforniya bölgəsində magistral yolda zirehli avtomobildən bir çanta pul yola tökülüb.
Küçəyə pullar səpildi, insanlar yığıb bayram etdi, sonda isə... - VİDEO
Azia.az xəbər verir ki, pulu görən digər sürücülər yerə dağılan pulları yığmaq üçün bir-biri ilə yarışıb.
Magistral yolda sürücülər maşınlarını saxlayıb pulu yığmağa başlayıblar.

Əsasən 1 və 20 dollarlıq olan əskinaslar yolun bütün zolaqlarına yayılıb, nəqliyyatın hərəkətini çətinləşdirib.

Pulları yığmaq istəyənlərdən 2 nəfəri saxlanılıb. İtirilən pulun miqdarı məlum deyil.

Bildirilir ki, azı 10 nəfər yığıdıqları pulu polisə təhvil verib.

Zirehli avtomobil San Dieqodan Federal Əmanətlərin Sığortalanması Korporasiyasının ofisinə doğru gedirmiş.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi