“Amrahbank” və “Atabank” Əmanətlərin Sığortalanması Fondunun reyestrindən çıxarılıb
“Amrahbank” və “Atabank” Əmanətlərin Sığortalanması Fondunun reyestrindən çıxarılıb
Mərkəzi Bankın İdarə Heyətinin aprelin 28-də qəbul etdiyi qərarla “Atabank” ASC və “Amrahbank” ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyalarının ləğv edilməsi ilə əlaqədar olaraq, 2007-ci il iyulun 30-da 2 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Atabank” ASC və həmin il iyulun 30-da 26 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Amrahbank” ASC bu il mayın 1-dən “Əmanətlərin sığortalanması haqqında” qanunun 22.3.1-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb və banklara verilmiş şəhadətnamə ləğv edilib.
Bu barədə virtualaz.org-a Əmanətlərin Sığortalanması Fondundan məlumat verilib.
Əmanətlərin Sığortalanması Fondu “Əmanətlərin Sığortalanması haqqında” 29 dekabr 2006-cı il tarixli Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən iştirakçı bankların bu il mayın 1-nə olan reyestrini ictimaiyyətin diqqətinə çatdırır: