AMEA Polimer Materialları İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının yeni tərkibi seçilib
AMEA Polimer Materialları İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının yeni tərkibi seçilib
AMEA Polimer Materialları İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının növbəti iclası keçirilib. İnstitutun baş direktoru AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov iclası giriş sözü ilə açaraq, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanunun 9-1.2 bəndinə əsasən Gənc Alim və Mütəxəssislər Şurasının tərkibinin yenidən seçilməsinin zəruriliyini bildirib. O qeyd edib ki, qanunun müvafiq bəndinə əsasən institutda fəaliyyət göstərən Şuranın yaşı 35-i keçən üzvlərinin üzvlüklərinə xitam verilməlidir.
Sonra Şuranın sədri kimya üzrə fəlsəfə doktoru, dosent Sevil Maşayevanın qısa hesabat xarakterli çıxışı dinlənilib. O, hazırki tərkibə daxil olan gənclərin yaş həddinin 35-i keçdiyini bildirib. Bununla əlaqədar olaraq, açıq səsvermə yolu ilə Şuranın yeni idarə heyəti və tərkibi təsdiq olunub. İnstitutun kiçik elmi işçisi Günel Qurbanlı sədr və kiçik elmi işçi Ülviyyə İsmayılova sədr müavini təyin seçilib. İclasın sonunda Şuranın gələcək fəaliyyəti ilə bağlı təklif və tövsiyələr verilib.