azia.az
azia.az

Şirkətlərin 350 min manatını mənimsəyən vəzifəli şəxslər kassasiya şikayəti verdi

Bu gün, 09:47

Mənimsəmədə və bir neçə ağır cinayət törətməkdə təqsirləndirilən Xəyal Rəşidov və Şamil Ağacanovun barəsindəki qərardan kassasiya şikayəti verilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Ələsgər Novruzovun sədrliyi ilə araşdırılacaq.

Qeyd: "Facade” MMC, “Zəhmət-Ruzi” MMC və “Dübrar” su zavodunun mühasibi işləmiş Xəyal Rəşidov, həmin zavodun keçmiş icraçı direktoru Şamil Ağacanovun qanunsuz əməlləri barədə Abşeron rayon Prokurorluğunda cinayət işi başlanılaraq istintaq aparılıb.

Belə ki, istintaqla Xəyal Rəşidovla Şamil Ağacanovun qabaqcadan əlbir olub “Facade” MMC-yə məxsus 106 min 746 manat, “Zəhmət-Ruzi” MMC-yə məxsus 81 min 191 manat və “Dübrar” su zavoduna məxsus 161 min 534 manat olmaqla, ümumilikdə 349 min 471 min məbləğdə pul vəsaitini “Online Banking” (İnternet Bankçılıq) sisteminə müdaxilə etməklə mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Xəyal Rəşidov və Şamil Ağacanova Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə - külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui istifadə etmə) və digər maddələri ilə ittiham elan edilməklə barələrində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdi. 

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xəyal Rəşidov 5 il 11 ay 6 gün və Şamil Ağacanov isə 6 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Hər iki şəxs məhkəmə iclas zalından həbs olunub.

Kamal Məmmədov


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi