azia.az
azia.az

Leysan Məmmədov 185 min AZN-lik layihəni 10 manatlıq "Reflect Architects"ə tapşırıdı

Bu gün, 08:47

  • Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti PHŞ Ağdam rayonunun Eyvazxanbəyli kəndinin xarici suvarma sisteminin və mərkəzi parkın abadlaşdırılmasının layihələndirilməsini "Reflect Architects" MMC-yə həvalə edib.
    • 32gun.az-ın məlumatına görə, bir mənbə metodu ilə həyata keçirilən satınalma müqaviləsinin maliyyə dəyəri 184.998,04 AZN təşkil edir.

    • Bakı şəhəri, Xəzər rayonu, Aviaşəhərcik ünvanında qeydiyyatda olan və qanuni təmsilçisi Nicat Nusalov Isfəndiyar oğlu olan qalib şirkətin nizamnamə kapitalı cəmi 10 AZN-dir.



    • Qeyd edək ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədovdur.


    • Xatırladaq ki, iş adamı Leysan Məmmədovun oğlu Elnur Məmmədovun adı 2023-cü il Bakının istirahət mərkəzlərindən biri olan "Sea Breeze"də baş vermiş silsilə xuliqanlıq hadisələrində hallanıb. İddialara görə, o, mərkəzdəki restoranlardan birində dava salaraq qarşı tərəfin avtomobilinə zərər yetirmişdi.

    • Maraqlısı budur ki, hadisə ilə bağlı keçirilən məhkəmə prosesində Elnur Məmmədovun özünün zərərçəkmiş şəxs qismində tanınması mətbuatda geniş müzakirələrə və tənqidlərə səbəb olmuşdu.  

    • Ayaz


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi