azia.az
azia.az

Bir ailənin üç üzvü bıçaqlandı, ana öldü - Oğul saxlanılıb

Bu gün, 16:36

Salyan rayonunda bir ailənin üç üzvü bıçaqlanıb, onlardan biri ölüb.

"Azia.az" Report-a istinadən xəbər verir ki, hadisə rayonun Sarvan kəndində qeydə alınıb.


Belə ki, ailənin oğlu anasını, atasını və arvadını bıçaqlamaqda şübhəli bilinir.

Nəticədə ana aldığı xəsarətlərdən ölüb, digər iki yaralı xəstəxanaya yerləşdirilib.

Yaralıların 1966-cı il təvəllüdlü İsmayılov Ağabala Ramazan oğlu və onun gəlini, 1988-ci il təvəllüdlü İsmayılova Təranə Bahadır qızı olduğu bildirilir.

Hadisənin başvermə səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, cinayəti törətməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü Pərvin İsmayılov polis əməkdaşları tərəfindən saxlanılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi