azia.az
azia.az

Polimer Materialları İnstitutunda Zəfər Gününə həsr olunan iclas keçirilib

4-11-2021, 23:55


Polimer Materialları İnstitutunda Zəfər Gününə həsr olunan iclas keçirilib
AMEA-nın Polimer Materialları İnstitutunda Elmi şuranın Zəfər Gününə həsr olunan iclası keçirilib. Tədbir iştirakçıları əvvəlcə Qarabağ müharibəsində canlarından keçən bütün şəhidlərin xatirəsini bir dəqiqəlik sükut ilə yad ediblər. Polimer Materialları İnstitunun baş direktoru, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov tədbiri giriş sözü ilə açıb. O bildirib ki, 30 ildən artıq Qarabağa həsrət qalan ölkəmiz keçən il hərb tariximizdən silinməyəcək Vətən müharibəsinə başladı. Alim 44 günlük müharibə müddətində Azərbaycan Ordusunun misilsiz qəhrəmanlıq göstərərək Qarabağımızı bizə qaytardığını qeyd edib.Polimer Materialları İnstitutunda Zəfər Gününə həsr olunan iclas keçirilib
Sonra Beynəlxalq əlaqələr və qrant layihələri şöbəsinin müdiri Esmira İmanovanın Zəfər Gününə həsr olunan çıxışı dinlənilib. Daha sonra institutun icraçı direktoru, kimya elmləri doktoru, dosent Kazım Quliyev, Makromonomer əsaslı polimer materiallar laboratoriyasının müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent Aynurə Məmmədova, Patent tədqiqatları və innovasiya şöbəsinin müdiri Gülnarə Qasımova və başqaları çıxış edərək bugünkü qələbənin ölkə Prezidentinin uğurlu daxili və xarici siyasətinin, yaratdığı qüdrətli Azərbaycan Ordusunun və dünyada qazandığımız beynəlxalq nüfuzun nəticəsi olduğunu söyləyiblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi