Polimer Materialları İnstitutunun əməkdaşları yenidən peyvənd olunub
Koronavirusun mutasiyası nəticəsində yeni ştamların ortaya çıxmasından sonra, bütün dünyada olduğu kimi Azərbaycanda da artıq 3-cü peyvənd dozası (buster dozası) vurulmağa başlayıb. Buster peyvəndin gücləndirici dozasıdır və yeni variantlara qarşı qorumanı gücləndirmək məqsədi ilə vurulması tövsiyə olunur.
AMEA-nın Polimer Materialları İnstitutunun yaşı 60-dan yuxarı olan əməkdaşlarına 3-cü doza peyvənd vurulub. İnstitutun əməkdaşları vaksinasiya prosesində fəallıq nümayiş etdiriblər. Peyvənd olunanlar arasında əks-göstəriş halları qeydə alınmayıb. Əməkdaşların bir müddət sonra 4-cü doza peyvənd olunmaları nəzərdə tutulur.